Bankların kiçik sahibkarlıq subyektləri üzrə kredit portfeli azalıb

17:05 - 24.11.2023


24 noyabr, Fineko/abc.az. 2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının kiçik sahibkarlıq subyektləri üzrə kredit portfeli 1 681,4 milyon manat həcmində olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici ötən ayı ilə müqayisədə 46 milyon manat və ya 2,7% azdır.

Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-nə bankların kiçik sahibkarlıq subyektləri üzrə kredit portfeli 1 727,4 milyon manat həcmində olub.