Bankların ATM-ləri artmaqdan azalır - Bir ayda 29 ədəd azalma olub

15:33 - 23.11.2023


23 noyabr, Fineko/abc.az.  Azərbaycanda bankların ATM-lərinin sayında son bir ayda 30-a yaxın azalma qeydə alınıb.

ABC.AZ Mərkəzi Bankın hesabatı əsasında aparılan hesablamalara istinadən xəbər verir ki, cari ilin oktyabr ayında bankların ATM-lərinin sayı 3 018 ədəd təşkil edib.

Bu da aylıq 29 ədəd (1%) az, illik isə 53 ədəd (1,8%) çoxdur.

Qeyd edək ki, keçən ay bankların ATM-lərinin ümumi sayı 3 047, ötən ilin oktyabr ayında 2 965 ədəd olub.