14:52 - 23.11.2023
23 noyabr, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı oktyabr ayının sonunda ötən aya nəzərən 271 min ədəd artaraq 16 milyon 210 min ədəd təşkil edib.
ABC.AZ xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 22.1% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2.2 mln. ədəd artıb.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026