Bank sektorunda çalışanların sayı 238 nəfər azalıb - Hesabat

14:11 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. 31 oktyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 471, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,018 olub.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın bülettenində qeyd edilib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 238 nəfər azalaraq 23,292 nəfər təşkil edib.

Ay ərzində bankların filial, şöbə, ATM və işçi saylarında müşahidə olunan azalma “Muğan Bank” ASC-nin bank lisenziyasının geri çağırılması ilə bağlı olub.