Banklar valyuta hərracında tələbi 21,2% azaldıb

12:35 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, noyabrın 23-də valyuta hərracında bankların tələbi $39,1 mln təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan $10,5 mln və ya 21,2% azdır.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

Noyabrın 21-də keçirilən valyuta hərracında AMB banklara $49,6 mln dollar satıb.