12:18 - 23.11.2023
23 noyabr, Fineko/abc.az. Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edilib. Gələn il üçün 2.4 milyard dollar ayrılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir həmçinin əlavə edib ki, Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10 faizi civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir.
“Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub”- Mikayıl Cabbarov əlavə edib.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026