16:48 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə daxili audit fəaliyyətinin həyata keçirilməsi üzrə risk əsaslı yanaşmanın müəyyən edilməsi üçün meyarlar hazırlanıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin məlumatında bildirilir.
Məlumata görə, bu gün qurumun nəzdindəki “Daxili audit işi üzrə Ekspert Qrupu” üzvlərindən formalaşdırılmış “İşçi qrup”un ilk görüşü keçirilib. Görüşdə sözügedən məsələ ilə bağlı növbəti görüşədək hesablama metodologiyasına dair təkliflərin formalaşdırılmasına qərar verilib, həmçinin “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”dən irəli gələn hər il audit olunmalı sahələr haqqında müzakirələr aparılıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026