15:17 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. “Ford” akkumulyator fabrikini kiçildəcəyini açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi, elektrik avtomobillərinə olan tələbatın azalması və həmkarlar ittifaqı işçiləri ilə bağladığı yeni razılaşma göstərilir.
ABŞ-da 3,5 milyard dollar sərmayə ilə qurulan elektrik avtomobil akkumulyatoru fabriki “Tesla”nın istehsalı ilə rəqabət aparmağı planlaşdırıb.
Avtomobil istehsalçısı “BlueOval Battery Park Michigan” zavodunda istehsal gücünü 40 faiz azaltmağı planlaşdırdığını söylədi. Müvafiq olaraq, o, hasilatın ilkin hədəf olan 35 GVt/s-dən 20 GVt/s-ə endiriləcəyini açıqlayıb. Şəxsi heyətin sayı da 2500 nəfər əvəzinə 1700 nəfərə endiriləcək.
Mövzu ilə bağlı danışan bir “Ford” sözçüsü, əhəmiyyətli qiymətləndirmələr nəticəsində Miçiqan müəssisəsinin ölçüsünün dəyişdiriləcəyini bildirdi. Sözçü elektriklə işləyən avtomobillərin satışının azalması və xərclərin artmasını əsas gətirib. O, etiraf edib ki, işçilərin əmək haqqının artırılması ciddi yük yaradır.
17 Avqust 2026
15 Avqust 2026