“Bittrex” kriptovalyuta birjasının platformada ticarəti dayandırılır

15:01 - 21.11.2023


21 noyabr, Fineko/abc.az. Bu ilin may ayında iflas edən “Bittrex” kriptovalyuta birjasının platformada ticarətinin dayandırılacağı məlum olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ticarətin 4 dekabr 2023-cü ildə dayandırılacağı açıqlanıb. İstifadəçilər isə yalnız bu tarixdən sonra öz vəsaitlərini çıxara biləcəklər.

Analitiklər hesab edir ki, birjada hesabın doldurulması vəsait itkisi ilə nəticələnə bilər. Mövcud əmanətlərdən vəsaitlərin çıxarılması üçün hələlik son tarix yoxdur, lakin birja nümayəndələri bunu mümkün qədər tez etməyi məsləhət görürlər.

Qeyd edək ki, “Bittrex” 2014-cü ildə “Amazon” və “Microsoft”da işləyən proqram mühəndisləri tərəfindən yaradılıb. 2017-ci ildə o, Amerikanın ən böyük kriptovalyutası və dünyanın üçüncü ən böyük kriptovalyutası olub. 2019-cu ildə “Bittrex” iki platformaya bölünüb. 

Müəllif: Elmir Murad