“Mastercard” bundan sonra Çində kredit kartları ilə əməliyyat həyata keçirə biləcək

11:09 - 21.11.2023


21 noyabr, Fineko/abc.az. Çin Xalq Bankı və Milli Maliyyə Tənzimləmə Administrasiyası “Mastercard” və onun çinli tərəfdaşı “NetsUnion”a yuan depozitləri ilə debet və kredit kartları ilə əməliyyatlar həyata keçirməyə icazə verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məlumatı “Global Times” yayıb. Analitiklər “Mastercard”a verilən icazəni Çinin ödəniş sistemləri bazarının xarici rəqabətə açılması istiqamətində mühüm addım hesab edir.

Qeyd edək ki, əvvəllər “American Express”ə ölkədə debet kartı əməliyyat lisenziyası verilmişdi, lakin şirkətin Çindəki tərəfdaşlığında nəzarət payı yoxdur.