Mərkəzi Asiya ölkələrinin elektrik enerjisinin ixracı üçün iclas keçirildi - Detallar

10:16 - 21.11.2023


21 noyabr, Fineko/abc.az. Orta Asiya ölkələrinin elektrik enerjisi və bərpa olunan enerji ixracını nəzərdən keçirmək üçün üçtərəfli iclası keçirilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan və Özbəkistan nümayəndələri iştirak edib. Görüşdə Mərkəzi Asiya regionundan elektrik enerjisinin ixracı ilə bağlı potensialları müzakirə edilib. 

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, görüşdə adıçəkilən üç ölkənin energetika və iqtisadiyyat nazirləri iştirak edib və elektrik enerjisinin ixracı ilə yanaşı, enerji iqtisadiyyatı ilə bağlı digər məsələləri də müzakirə ediblər.

Onun sözlərinə görə, danışıqlarda əsas diqqət bərpa olunan enerji məsələsi və onların bölgədə  gücləndirilməsi zərurəti, eləcə də Mərkəzi Asiya regionundan kənara elektrik enerjisinin ixracı üçün yeni imkanların aşkarlanmasına yönəlib.