14:33 - 20.11.2023
20 noyabr, Fineko/abc.az. İqtisadiyyat nazrinin müavinlərindən biri vəzifəsindən azad edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Sevinc Telman qızı Həsənova vəzifəsindən azad edilib.
Hazırda bu nazirliyə Mikayıl Cabbarov başçılıq edir. Bununla da onun birinci müavini ilə bərabər beş müavini var.
Sevinc Həsənova 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.