Azərbaycanda yerli istehsalın maya dəyəri azalıb

14:03 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. İqtisadi siyasətdə yeni mexanizmlərin, dövlət-özəl tərəfdaşlıq təcrübəsinin habelə özəlləşmə sahəsində tədbirlərin icrası ölkədə özəl investisiya fəallığının artırılmasına yönəlib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023”-də çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Bu il yerli istehsalda istifadə edilən 300-ə yaxın aralıq mal gömrük idxal rüsumlarından azad edilib. Bu yerli istehsalın maya dəyərinin azalmasına mühüm rol oynayıb.