10:06 - 17.11.2023
17 noyabr, Fineko/abc.az. 2024-cü ildə Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev deyib.
“Bu müəssisələr beton tikinti məmulatları, tikinti materiallarının korpuslarını və sair məhsul istehsalı sahəsində ixtisaslaşıblar”,- deyə, o qeyd edib.
Xatırladaq ki, indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026