15:13 - 16.11.2023
16 noyabr, Fineko/abc.az. İsveçrə yenidən dünyanın ən rəqabət qabiliyyətli olkəsi olub.
ABC.AZ xəbər verir ki, INSEAD biznes məktəbi tərəfindən tərtib edilən The Global Talent Competitiveness Index 2023 reytinqinə əsasən, o, yüksək səviyyəli sosial müdafiəsi və ətraf mühitin keyfiyyəti sayəsində on il ardıcıl olaraq öz mövqeyini qoruyub saxlayır.
Analoji olaraq Sinqapur yüksək təhsilli işçi qüvvəsi və innovativ iqtisadiyyatı sayəsində ikinci yeri tutub. ABŞ dördüncü yerdən üçüncü yerə yüksəlib.
İlk on ölkə son on ildə sabit qalıb, İsveçrə və Sinqapur ardıcıl olaraq liderlik edir. Danimarka, Hollandiya, Finlandiya və Norveç müvafiq olaraq dördüncü, beşinci, altıncı və yeddinci yerləri tutub.
MDB ölkələri arasında Azərbaycan 58-ci, Qazaxıstan 67-ci, Ermənistan 55-ci, Rusiya isə 52-ci sırada qərarlaşıb.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026