10:40 - 15.11.2023
15 noyabr, Fineko/abc.az. “KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə mənfəətə keçsə də, əvvəlki kimi gəlir əldə edə bilmir.
ABC.AZ xəbər verir ki, bu barədə “KredAqro” BOKT-nin illik audit hesabatında bildirilir.
Belə ki, 2022-ci ildə 1 mln. 109 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 76 min manat və ya 6% azdır. Bununla belə, kredit təşkilatının faiz xərcləri 248 min manatdan 77 min manata, qeyri-faiz xərcləri 3 mln. manatdan 2 mln. 177 min manata düşüb.
Beləliklə, hesabat müddətində 284 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə 1 mln. 439 min manat zərərlə bitirmişdi.
1 yanvar 2023-cü il tarixinə 2 mln. 865 min manat kapital balansında bölüşdürülməmiş mənfəət yaranıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026