Azəbaycanda sənaye məhsullarının istehsalı 1,6 faiz azalıb

14:29 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-oktyabr aylarında 55.6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.6 faiz az sənaye məhsulu istehsal edilib.

ABC.AZ DSK-ya istinadən xəbər verir ki, sözügedən dövrdə neft-qaz sektorunda məhsul istehsalı 2.4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7.4 faiz artıb.

Sənaye məhsulunun 68.1 faizi mədənçıxarma sektorunda, 26.6 faizi emal sektorunda, 4.4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.