14:28 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 17-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Bank BTB”, “Yelo Bank”, “Unibank”, “Azər-Türk Bank”, “Xalq Bank”, “Bank Respublika”, “PAŞA Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank VTB Azərbaycan”, “Rabitəbank”, “Bank Avrasiya”, “Turan Bank”, “Azərbaycan Sənaye Bankı” və “Express Bank” ASC-lər, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir. Ən yüksək dinamika “Bank BTB”də (3,3 dəfə), ən aşağı dinamika isə “Express Bank”də (2,4%) qeydə alınıb.
6 bankın – “Naxçıvan Bank”, “Kapital Bank”, “Bank of Baku”, “Premium Bank” və “AFB Bank” ASC-lərin, İran Milli Bankının Bakı filialının isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “AFB Bank”da (42,5%), ən az azalma isə “Naxçıvan Bank”da (4,5%) qeydə alınıb.
1 bank – “Muğan Bank” ASC isə bu ilin 9 ayını əməliyyat zərəri ilə, ötən ilin eyni dövrünü isə əməliyyat mənfəəti ilə başa vurub. Odur ki, bu bankın əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026