Banklar valyuta hərracında tələbi 65% artırıb

12:38 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, noyabrın 14-də keçirilən valyuta hərracında bankların tələbi 57,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 22,7 milyon dollar və ya 64,5% çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Noyabrın 7-də valyuta hərracında Mərkəzi Bank banklara 35,2 milyon dollar satıb.