12:04 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13.7% artaraq 14 273 olub.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilir ki, hesabat dövründə aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 22.5% artıb və 413 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 17% artaraq 5 206-ya çatıb.