10:57 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. “Ferrari 250 GTO” yarış avtomobili Nyu-Yorkda keçirilən hərracda böyük məbləğə satılıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən avtomobil 1962-ci ildə istehsal olunub. Həmin avtomobil hərracda 51.7 milyon dollara satılıb. O, tarixdə hərracda satılan ikinci ən bahalı avtomobil olub.
Satılan “Ferrari 250 GTO” 1962-ci ildə yarışıb. Onu britaniyalı sürücü Mayk Parkes və “Scuderia Ferrari” komandasının italyan nümayəndəsi Lorenzo Bandini idarə edib. 1974-1985-ci illərdə avtomobilin sahibi “Ferrari Club of America” təşkilatının sədri olub.
Tarixdə hərracda satılan ən bahalı avtomobil “Mercedes 300 SLR Uhlenhaut Coupe” olub. O, 2022-ci ildə 135 milyon avroya alınıb.
13 Avqust 2026
13 Avqust 2026