10:41 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. Argentinada oktyabrda qiymət artımı 8.3% təşkil edib, illik ifadədə inflyasiya 140%-i keçib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, ölkənin Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatlarda öz əksini tapıb.
“İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2023-cü ilin oktyabr ayında 8.3%, yığılmış artım 120% təşkil edib. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 142.7% təşkil edib”, – hesabatda deyilir.
Sentyabr ayı ilə müqayisədə Argentinada inflyasiya səngiyib. Ötən ay bu, 12.7% idisə, avqustda da göstərici 12%-i keçib. Bununla belə, Argentina, Venesuela Maliyyə Observatoriyasının məlumatına görə, oktyabr ayında qiymətlərin 6.7% artdığı Venesuelanı ötərək regionda ən yüksək aylıq inflyasiyaya malik ölkə olaraq qalıb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026