10:31 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Regional Su İdarəsinin rəisi Yusif Qafarzadə bildirib.
O qeyd edib ki, İran-Azərbaycan sərhəd məntəqəsində yerləşən “Qız Qalası” bəndi 2 ay ərzində tamamlanıb istifadəyə veriləcək.
"Gələn ay İran və Azərbaycan arasında ən böyük olan bu su bəndinin açılışına hazırlıq məqsədilə qeyri-rəsmi istismara başlanacaq”, – deyə, o, əlavə edib.
Onun sözlərinə görə, Araz çayı üzərində Qız Qalası su bəndinin tikintisi ilə 2 milyard kubmetr suyun verilməsi mümkün olacaq və burada hər iki ölkənin 50% payı var.
Məlumata görə, bəndin tikintisinə 2005-ci ildən başlanılıb.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026