12 şirkətdən 8-i artıq dividend ödəmək qabiliyyətinə malikdir - Nazir

14:38 - 13.11.2023


13 noyabr, Fineko/abc.az. "Məqsədimiz dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqdır”.

ABC.AZ xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin plenar iclasında bildirib.

Nazir dövlət büdcəsinə dividend ödənilməsi məsələsinə də toxunub. O qeyd edib ki, nazirlik olaraq bu ənənəni də formlaşdırmaq qarşıya məqsəd qoyulub:

“Bu da dövlət büdcəsində öz əksinə tapır. Təsadüfi deyil ki, İnvestisiya Holdinqinə daxil olan 12 şirkətdən 8-i artıq dividend ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin 2022-ci ildə cəmi əməliyyat mənfəətliyi 15 milyard manatı keçib. Gələn il dövlət büdcəsində SOCAR üzrə divident ödənişi artıq nəzərdə tutulub.

Növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasətinin hazırlanmasını vacib hesab edirik. Bu istiqamətdə Baş nazirin rəhbərliyi ilə İnvestisiya Holdinqinin Müşahidə Şurasında fəaliyyətlər həyata keçirilir” - deyə, M.Cabbarov bildirib.