Banklar valyuta hərracında tələbi 39% azaldıb

12:43 - 7.11.2023


7 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, noyabrın 7-də keçirilən valyuta hərracında bankların tələbi 35,2 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 22,2 milyon dollar və ya 38,7% azdır.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Noyabrın 2-də keçirilən valyuta hərracında AMB banklara 57,4 milyon dollar satıb.