Gələn il Neft Fondundan dövlət büdcəsinə transfert 12781,0 milyon manat olacaq

10:59 - 4.11.2023


4 noyabr, Fineko/abc.az. 2024-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 12781,0 milyon manat təşkil edəcək.

ABC.AZ xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.

Bu da 2023-cü il üçün nəzərdə tutulan transferti ilə müqayisədə 1043,3 milyon manat və ya 8,9 faiz çoxdur.