17:13 - 2.11.2023
2 noyabr, Fineko/abc.az. Ümumilikdə 10 ayda strateji valyuta ehtiyatlarımız 13.2.% artıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Mərkəzi Bank sədri bildirib ki, 2023-cü ilin sonuna kimi ÜDM-nin 1.5% artımı proqnozlaşdırılır: “Ərzaq inflyasiyası 4.5%, qeyri-ərzaq inflyasiyası 5.9% olub. İllik baza inflyasiya sentyabrda azalıb. Mərkəzi Bank səlahiyyəti çərçivəsində inflyasiyanı azaltmağa çalışıb”.
Taleh Kazımov qeyd edib ki, ümumilikdə, Mərkəzi Bankın sterilizasiya portfelinin həcmi (manatla məcburi ehtiyatlar və sterilizasiya yönlü daimi imkan aləti daxil olmaqla) yeni pul siyasəti çərçivəsi işə düşəndən bəri (2022-ci il sentyabrın əvvəli) 3.9 mlrd. manat artaraq 6.4 mlrd. manata çatıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026