17:07 - 2.11.2023
2 noyabr, Fineko/abc.az. “AzeSteelCompany” ASC 2023-cü ilin birinci yarısını gəlirləri xərclərini üstələdiyindən 1 milyon 511 min manat zərər edib.
ABC.AZ xəbər verir ki, bunu şirkətin yarımillik maliyyə hesabatında öz əksini tapıb.
Hesabata görə, ilk yarıda şirkətin 571 min manat gəliri, 2 milyon 84 min manat xərcləri olub.
Bununla da 1 iyul 2023-cü il tarixinə tikinti şirkətinin kapital balansında yığılmış zərərin həcmi 3 milyon 869 min manat təşkil edib.
Şirkətin hesabat dövrünün sonuna olan məlumatına görə, 14 milyon 206 min manat borc öhdəliyi var, bunun da 5 milyon 549 min manatı emisya etdiyi borc istiqrazlardır.