16:28 - 1.11.2023
1 noyabr, Fineko/abc.az. Mərkəzi Bank bu il pul bazasında 20 %-dən çox artım olacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
O, həmçinin deyib ki, 2023-cü ilin sonuna qədər ölkənin xarici ticarət balansında 13,9 milyard ABŞ dolları, cari əməliyyatlar balansında isə 10 milyard ABŞ dolları profisit gözlənilir.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 5 milyard 245 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026