Bu ilin sonuna ticarət balansının profisiti 13.9 milyard dollar təşkil edəcək

16:03 - 1.11.2023


1 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında uçot dəhlizini açıqlayıb.

Daha sonra sualları cavablandıran Baş bankir bu ilin sonuna ticarət balansının profisitinin 13.9 milyard dollar təşkil edəcəyini qeyd edib. O bildirib ki, qeyri-neft ixracı 15% artıb.

Cari əməliyyatlar balansının (CƏB) profisiti bu ilin sonuna 10 mlrd. dollar proqnozlaşdırılıb. Neftin orta qiyməti isə 84 dollar müəyyən edilib. Mərkəzi Bank sədri 2024-cü ilin sonuna CƏB-in profisitinin 8.5 mlrd. dollar olacağını açıqlayıb.