15:38 - 1.11.2023
1 noyabr, Fineko/abc.az. Mərkəzi Bank gələn il üçün ümumdaxili məhsulda artımla bağlı proqnozunu açıqlayıb.
ABC.AZ xəbər verir ki, sözügedən açıqlama keçirilən mətbuat konfransında ölkənin Baş Bankiri Taleh Kazımov tərəfindən verilib.
O bildirib ki, 2023-cü ildə ÜDM-də 1.5% artım proqnozlaşdırılıb. 2024-cü il üzrə bu göstərici 3.5%, 2025-ci il üzrə 4% müəyyən edilib.
Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bank qeyri-neft ÜDM-i bu il üzrə 3%, 2024-cü ildə 6% və 2025-ci ildə 5.5 % proqnozlaşdırıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026