Azərbaycanda token əməliyyatlarından geniş istifadə olunur - Mərkızi Bankın Baş direktoru

10:51 - 1.11.2023


1 noyabr, Fineko/abc.az. Azərbaycanda beynəlxalq kart təşkilatlarının dəstəyi ilə token əməliyyatlarından geniş istifadə olunur.

ABC.AZ xəbər verir ki, bunu VII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.

Baş direktor ödənişlərin aktivləşməsindən danışaraq bildirib ki, bunun səbəbi “Apple Pay” və “Google Pay” ödəniş kanallarının aktivləşməsidir.

"Bu ilin 9 ayında Azərbaycanda token əməliyyatlarının həcmi 1.9-2 milyard manata çatıb. Post terminalla aparılan əməliyyatlarda token ödənişlərinin payı 27%-ə çatıb. O bildirib ki, təmassız ödəmələrdə daha çox mobil cihazlara üstünlük verilib" - deyə, baş direktor bildirib.

Müəllif: Elmir Murad