Azərbaycanda təmassız ödəniş kartlarının sayı 27% artıb

17:32 - 30.10.2023


30 oktyabr, Fineko/abc.az. Azərbaycanda təmassız ödəniş kartlarının sayında artım qeydə alınıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin okytabrın 1-nə ödəniş kartlarının ümumi sayı 11 967 min ədəd olub.

Bu da illik müqayisədə 2 547 min (27%) , aylıq müqayisədə 278 min ədəd (2,4%) artım deməkdir.

Belə ki, 2022-ci ilin  oktyabrın 1-nə təmassız ödəniş kartlarının sayı 11 689 min ədəd, cari ilin sentyabrın 1-nə 9 420 min ədəd olub.