12:01 - 30.10.2023
30 oktyabr, Fineko/abc.az. Fələstinin HƏMAS hərəkatı ilə müharibənin kəskinləşməsi fonunda İsrail iqtisadiyyatı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dördüncü rübdə (oktyabr-dekabr) 11% kiçilə bilər.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, “JPMorgan Chase & Co”nun proqnozunda öz əksini tapıb.
Proqnozda qeyd olunub ki, İsrail Mərkəzi Statistika Bürosunun bildirdiyi kimi, 2022-ci ilin dördüncü rübündə ölkə iqtisadiyyatı ötən ildəki 6.5% ilə müqayisədə illik ifadədə 5.8% artıb.
“JPMorgan” İsrailin ÜDM-nin 2023-cü ildə ümumilikdə 2.5%, 2024-cü ildə isə 2% artacağını gözləyir.