Avropa İttifaqında iqtisadi artım yavaşlayıb

16:29 - 27.10.2023


27 oktyabr, Fineko/abc.az. Avropa İttifaqı ölkələri liderləri iqtisadi artımın yavaşladığını və inflyasiyanın narahatlıq doğurduğunu bildiriblər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən bəyanat Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvə Toplantısının ikinci gün sessiyaları davam edərkən açıqlanıb.

İclasda iqtisadi və maliyyə vəziyyətinin müzakirə edildiyi, Aİ iqtisadiyyatının bir çox sarsıntılar qarşısında gücünü və sürətini itirsə də, böyüməyə davam etdiyi qeyd edilib:

Açıqlamada, “Avrozona”nın iqtisadi inkişaflarının yaxından izləniləcəyi və davamlı inkişafı təmin etmək üçün iqtisadi siyasətlərin davam edəcəyi bildirilib.