Taleh Kazımov: “açıq” bankçılığa və daha sonra “açıq maliyyə” konsepsiyasına keçid hədəfimizdir

12:16 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayı ərzində internet bankçılığı vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 172 milyard manat, mobil bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi isə 2.4 dəfə artaraq 18.5 milyard manat olub.

ABC.AZ xəbər verir ki, bunu  Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2023”in (CIDC-2023) açılışında  Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

T.Kazımov qeyd edib ki, “Qapalı” bankçılıqdan “açıq” bankçılığa və daha sonra isə “açıq maliyyə” konsepsiyasına keçidin reallaşdırılması bankın əsas hədəflərindəndir. Bu da maliyyə institutlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlərin gücləndirilməsini zəruri edir.