"Visa" Azərbaycanda qadın sahibkarara dəstək göstərəcək

12:03 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. "Visa" beynəlxalq kart təşkilatı Azərbaycan qadın sahibkarları barədə layihə planlaşdırır. Belə ki, şirkətin növbəti illərdə Azərbaycanda qadınlara sahibkarlıq istiqamətində dəstək göstərəcəyi gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "Baku Fintech Forum 2023" adlı tədbirdə "Visa"nın baş direktoru və Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev bildirib.

"Visa" dünya miqyasında fintexlərə yatırımlar edir deyən N.Hacıyev bildirib ki, sonuncu dəfə Gürcüstanın fintex şirkətinə dəstək vermişik:

"Ondan bir neçə il öncə Özbəkistan və Qazaxıstan fintexləri bizdən dəstək alıb. Biz fintexlər arasında hər il rəqabətli yarış keçiririk. Burada məqsəd fintexlərə dəstək vermək, növbəti investisiyalar üçün ən qabaqcıl və ən maraqlı fintexləri seçməkdir. İstənilən fintex burda iştirak edə bilər. Çox istərdim ki, burada Azərbaycan fintexləri də iştirak etsin və birinci olsun".

Müəllif: Elmir Murad