11:24 - 26.10.2023
26 oktyabr, Fineko/abc.az. Azərbaycanda fintexlərlə bağlı sahə inkişaf edir.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "Baku Fintech Forum 2023" adlı tədbirdə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin sədri Ruslan Talıbov bildirib.
O qeyd edib ki, Azərbaycanda nağdsız əməliyyatların xüsusi çəkisi 54 %-ə çatıb.
Bu ilin 8 ayında ölkədə 56 milyard ABŞ dolları dəyərində nağdsız ödəniş dövriyyəsi olub ki, bunun da təxminən 90 %-i debet kartlar vasitəsilə baş tutub. "Azərbaycanda bu sahədə atılan ən mütərəqqi addımlardan biri "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbul edilməsidir. Sənəd noyabrın 9-dan qüvvəyə minəcək, ondan sonra 6 ay ərzində sektorda şirkətlərin lisenziyalaşdırılması prosesi gedəcək" -deyə R.Talıbov vuğulayıb.
Müəllif: Elmir Murad
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026