Azərbaycan fintexləri fintex bazarından böyük pay alacaq

10:58 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Azərbaycanın fintexləri 2030-cu ilədək 1,5 trilyonluq fintex bazarından pay alacaq.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Fintex Forumunda çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasının sədri Ruslan Talıbov deyib.

O qarşıdakı illərdə bank-maliyyə sektorunun mənfəəti ilə bağlı təxminlərini də bölüşüb. Onun sözlərinə görə, 2030-cu ildə qlobal bank-maliyyə sektorunun mənfəəti 21 trilyon dollar proqnozlaşdırılıb.

"Bunun 1,5 trilyon dollarının fintexlərə aid olacağı gözlənilir. Azərbaycan fintexləri də bu bazardan pay almaq üçün fəaliyyətlərini genişləndirməyə çalışır", - deyə, R.Talıbov qeyd edib.

Müəllif: Elmir Murad