Bankların xalis xarici aktivlərinin həcmi son 8 ilin minimumuna düşüb

17:01 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. Azərbaycan banklarının xalis xarici aktivlərinin həcmi cari ilin ilk 9 ayında bir qədər də azalaraq 2017-ci ilin noyabrından bu tərəfə minimuma düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq bülletenində bildirilir.

İlin ilk üç ayında 3 milyard 548.4 milyon manat və ya 55 faiz azalaraq  2 milyard 879.3 milyon manata düşüb. Bankların xalis aktivləri sonuncu dəfə 2017-ci ilin noyabrının sonunda  2 milyard 194.6 milyon manat təşkil edirdi.

Bildirək ki, son 6 ildə ən yüksək göstərici 2012-ci ilin sentyabrında olub –  7 milyard 29.4 milyon manat təşkil edib.