Son 9 ayda Azərbaycan bankları 832.9 milyon manat xalis mənfəət qazanıblar

11:27 - 24.10.2023


24 oktyabr, Fineko/abc.az. 2023-cü ilin 9 ayında Azərbaycan bankları 832.9 mln. manat xalis mənfəət əldə ediblər.

Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, Banklar 1 milyard 227.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 22% və 26% artmışdır. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 214.7 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% və ya 57.8 mln. manat daha çoxdur.