11:27 - 24.10.2023
24 oktyabr, Fineko/abc.az. 2023-cü ilin 9 ayında Azərbaycan bankları 832.9 mln. manat xalis mənfəət əldə ediblər.
Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, Banklar 1 milyard 227.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 22% və 26% artmışdır. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 214.7 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% və ya 57.8 mln. manat daha çoxdur.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026