“Bitcoin”in qiyməti son il yarımda ilk dəfə 34 min dolları keçib

10:03 - 24.10.2023


24 oktyabr, Fineko/abc.az. “Bitcoin”in qiyməti təxminən 1.5 ildə ilk dəfə 34 000 dolları ötüb. Qeyd edək ki, kriptovalyuta sonuncu dəfə bu səviyyədə 2022-ci il mayın 8-də olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “CoinMarketCap” məlumat yayıb.

Belə ki, “Bitcoin”in qiyməti 34.03 min dollara çatıb. Kriptovalyuta 33.2 min dollar səviyyəsinə gəlib ki, bu da təxminən 1.5 il əvvəlkindən yüksəkdir. Gündəlik artım 11%-dən çox olub.

Qeyd edək ki, “Bitcoin” avqust ayından bəri ilk dəfə bu həftənin əvvəlində 30 000 dolları ötüb. Buna bir sıra amillər kömək edib.