“Toyota”nın ehtiyat hissələri tədarükçüsü olan “Chuo Spring Co” şirkətində nə baş verir?

12:25 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. “Toyota”nın ehtiyat hissələri tədarükçülərindən biri olan “Chuo Spring Co” şirkətinin Aiçi əyalətindəki fabrikində baş vermiş partlayış şirkətə hər tərəfli mənfi təsir göstərib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, hadisə oktyabrın 16-da baş verib.

Partlayışda “Chuo Spring Co” zavodunda quruducu sobalar zədələndikdən sonra “Toyota”nın hissələrin tədarükündə yaranmış nasazlıq qismən aradan qaldırılıb və bundan sonra “Toyota”nın hissələrin tədarükünü bərpa etdikləri açıqlanıb.

“Toyota” tərəfindən edilən açıqlamada, tədarükün bərpasından sonra Yaponiya daxilində 4 fabrikdə 5 istehsal xəttində yenidən istehsalın başladığı ifadə edilib. 

Yapon avtomobil istehsalçısı partlayışdan sonra hissələrin təchizatı çatışmazlığı səbəbindən Yaponiyadakı 8 fabrikdə 13 istehsal xəttini müvəqqəti olaraq dayandırıb.