Azərbaycanda bu geyimlərin istehsalı kəskin azalıb

16:24 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az.  2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 342,2 min ədəd üst geyim istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir i, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 305,4 min ədəd  və ya 47,2% azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 647,6 min ədəd təşkil edib. 01.10.2023-cü il tarixinədək hazır məhsul ehtiyatı 17,7 min ədəd olub.

 Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9,1 min ədəd və ya 105,8% (2 dəfə) çoxdur. 01.10.2022-ci il tarixinədək hazır məhsul ehtiyatı 8,6 min ədəd olub.