Türkiyədə əcnəbilərə yaşayış icazəsi verilməsi sərtləşdirilir - Yeni Qanun

14:53 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. Türkiyə hökuməti ölkədə daşınmaz əmlak alan əcnəbilərə yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirib. ABC.AZ qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, hökumətin yeni qərarına əsasən, indi əmlakın minimum qiyməti ən azı 200 min dollar olmalıdır. Yeni qaydalar oktyabrın 16-dan sonra bağlanmış bütün əməliyyatlara təsir edəcək.

“Yeni qaydalara əsasən, daşınmaz əmlaka sahib olmaq üçün yaşayış icazəsinin verilməsi o halda mümkündür ki, mənzilin qiyməti azı 200 min dollar olsun”, – hökumətin açıqlamasında bildiriıir. Sözügedən məsələ ilə bağlı hökumətdən bildirilib ki, bu tarixdən əvvəl alınmış daşınmaz əmlak sahibləri üçün mənzilin minimum qiyməti kiçik şəhərlərdə 50 min dollar, böyük şəhərlərdə isə 75 min dollardır.