Keçmiş məcburi köçkünlərə sosial dəstək tədbirləri bu vaxta qədər davam etdiriləcək

12:02 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az.  Məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin icrası onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək.

ABC.AZ  xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi” məlumatında əksini tapıb.

Qeyd edilib ki, düşmən işğalından azad edilmiş əzəli Azərbaycan torpaqlarına Böyük Qayıdış məqsədinin reallaşdırılması ortamüddətli dövrdə ölkənin milli xərc prioritetlərindən birini təşkil edəcək.

Bu istiqamətdə 2022-2026-cı illərdəhəyata keçirilməsi nəzərdə tutulan tədbir və layihələr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb. Ortamüddətli dövrdə əhalinin dayanıqlı məskunlaşması üçün həmin ərazilərdə ilkin şəraitin yaradılması planlaşdırılır.