Gələn il ARDNF-nin büdcə kəsiri 788 milyon 730,5 min manat olacaq

16:07 - 19.10.2023


19 oktyabr, Fineko/abc.az.  Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üçün gəlirləri 12 milyard 73 milyon 255,5 min manat, xərcləri – 12 milyard 861 milyon 986 min manat səviyyəsində proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin saytında dərc olunmuş məlumatda qeyd edilib. Məlumatda vurğulanıb ki, gələn il üçün ARDNF-nin gəlirləri neftin bir barelinin orta qiyməti $60 götürülməklə hesablanıb.

Beləliklə, proqnozlara görə, 2024-cü ildə ARDNF-nin büdcə kəsiri 788 milyon 730,5 min manat təşkil edəcək.

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il üçün ARDNF-dən Azərbaycanın dövlət büdcəsinə transfertlər 12 milyard 781 milyon manat və ya gələn il Fondun xərclərinin 99,4%-i səviyyəsində planlaşdırılır.