10:53 - 19.10.2023
19 oktyabr, Fineko/abc.az. Çin iqtisadiyyatı üçüncü rübdə gözləntiləri üstələyib, yəni illik ifadədə 4.9% artıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Milli Statistika Bürosunun məlumatları göstərir. Sözügedən məlumatlar toplusunda həm sənaye istehsalının, həm də pərakəndə satışın statistikası yaxşılaşır, azalma yalnız kapital qoyuluşlarının həcmində qalır.
Ölkənin Mərkəzi Bankı isə öz pul siyasətini daha da yumşaltmağa hazır olduğunu deyir.
Sentyabrda sənaye istehsalı illik müqayisədə 4.5% artsa da, Satınalma Menecerləri İndeksi (PMI, işgüzar aktivliyin aparıcı göstəricisi) 50 bənddən yuxarı olub. Pərakəndə satışlar da analitiklərin gözlədiyindən çox artıb – 5.5%. Sənaye müəssisələrinin mənfəəti, xidmət sektorunda aktivlik indeksi də artır.
Göstəricilərin yaxşılaşması daşınmaz əmlak bazarında dərinləşən tənəzzüllə müşayiət olunur – doqquz ay ərzində ona investisiyalar daha kəskin şəkildə, illik müqayisədə 9.1% azalıb. Üç rüb ərzində ümumi özəl investisiyalar illik müqayisədə 0.6% düşüb – daşınmaz əmlaka investisiyalar nəzərə alınmasa, artım 9.1% təşkil edib. İşsizlik azalmaqda davam edir – onun səviyyəsi 0.2 faiz bəndi azalaraq 5%-ə enib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026