Bu Bankın depozitlər 4.055 milyon manat azaldı - Hesabat

17:31 - 18.10.2023


18 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Premium Bank” 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 4.055 milyon manat azalaraq 336.608 milyon manat olub.

Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 125.827 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 11.136 milyon manat azalaraq 114.691 milyon manata enib.

Hesabatdan görünür ki, “Premium Bank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində dəyişməyərək 7.900 milyon manat olub.

Bankın nizamnamə kapitalı dəyişməyib – 154.601 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad